Bia.Az

Azərbaycandan neft alan ölkələr

İqtisadiyyat
 17-04-2023, 13:03     734

Dövlət Gömrük Komitəsinin hesabatına görə, Azərbaycan 2023-cü ilin yanvar-mart aylarında 4,2 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac edib. Novator.az bildirir ki, ixrac ünvanları statistik dəyər baxımından belə sıralanıb: İtaliya, İsrail, İspaniya, Hindistan, Çexiya, Almaniya, Türkiyə, Yunanıstan, Avstriya, Rumıniya, İrlandiya, Sinqapur, Vyetnam, İndoneziya, Fransa, Portuqaliya.

2023-cü ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb, “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 87,99, fevrala 87,53, marta 85,01, aprelə 81,88 dollarla başlayıb.

Yanvar-mart aylarında Azərbaycanda 7,7 milyon ton neft çıxarılıb. Gündəlik xam neft hasilatı yanvarda 533 min barrel, fevralda 531 min barrel, martda 515 min barrel göstərilib.

Beynəlxalq razılaşma gündəlik hasilatın maksimum həddini 684 min barrel müəyyən edib.скачать dle 12.1