ABŞ kiçik biznesə dəstək üçün əlavə 300 milyard ABŞ dolları ayıracaq
ABŞ hökuməti yaxın bir neçə gündə yeni koronavirusun yayılması ilə əlaqədar kiçik biznesə dəstək üçün əlavə 300 milyard ABŞ dolları ayırmağı planlaşdırır.
“bia.az” xəbər verir ki, bunu “CNN”ə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin söyləyib.
“Ümid edirik ki, ABŞ Konqresi tezliklə əlavə vəsaitin ayrılmasını təsdiqləyəcək. Hesablamalarımıza görə, hər şey üçün 300 milyard ABŞ dolları kifayət etməlidir. Düşünürəm ki, razılığa gələcəyik. Biznesə dəstək paketini Senat sabah (Bazar ertəsi - Red) və Nümayəndələr Palatası isə çərşənbə axşamı təsdiq edəcək”- deyə, nazir bildirib.