Bia.Az

Azərbaycan və Çin ticarət dövriyyəsini 22%-dən çox azaldıb

İqtisadiyyat
 15-04-2020, 17:49     99

Azərbaycan və Çin ticarət dövriyyəsini 22%-dən çox azaldıb
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan və Çin arasında ümumi dəyəri 423,876 min ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.

“bia.az”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2019-cu ilin birinci rübün göstəricisi ilə müqayisədə 120,606 min dollar və ya 22,15% azdır.

Bu ilin yanvar-mart ayları ərzində iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsinin payı ümumi xarici ticarətin 6,19%-nə bərabər olub.

Birinci rübdə Azərbaycanın Çinə ixracının həcmi 70,869 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 201,922 min dollar və ya 3,85 dəfə azdır.

Hesabat dövründə Azərbaycanın Çindən idxalı isə 353,077 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin üç ayının göstəriciləri iə müqayisədə 81,316 min ABŞ dolları və ya 29,93% çoxdur.

Azərbaycanın Çin ilə ixracdakı payı ümumi ixracın 1,68%-nə, idxaldakı payı isə ümumi idxalın 13,39%-nə bərabərdir.скачать dle 12.1