Bia.Az

Makroiqtisadi göstəricilər

İqtisadiyyat
 14-12-2022, 20:24     272

Dövlət Statistika Komitəsi bildirir ki, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulu ötən ilin eyni dövrünə nəzərən 3,4 faiz artıb (heyvandarlıq məhsulları istehsalı 3,3 faiz, bitkiçilik məhsulları istehsalı 3,4 faiz).

Hesabata görə, nəqliyyat sektorunda yük daşınması üzrə 12,9 faiz, sərnişin daşınması üzrə 35,5 faiz yüksəliş qeydə alınıb.

İnformasiya və rabitə xidmətlərinin həcmində artım 15,4 faiz göstərilir.

Qeyd olunur ki, əhalinin gəlirləri nominal ifadədə 20,5 faiz artıb, 11 ayda dövlət büdcəsinə 28 milyard 978,1 milyon manat daxil olub, büdcədən 25 milyard 975,5 milyon manat xərclənib.

Rəsmi məlumata əsasən, noyabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 20 milyard 15,3 milyon manat, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 11 milyard 500 milyon manat təşkil edib.скачать dle 12.1