Bia.Az

Ağcabədidə pambıq yığımı davam edir

İqtisadiyyat
 1-12-2022, 15:43     297

Agcəbədi rayonunda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır. Bu isə təsərrüfat rəhbərlərində böyük ruh yüksəkliyi yaradıb. Bununla yanaşı təsərrüfatçıların pambıqçılıq sahəsində təcrübəsi, bölgədə mövcud olan pambıq emalı zavodlarının potensialı pambıq istehsalını artırmaq üçün stimul yaradır.

BİA.az xəbər verir ki, hazırda rayonda bütün qüvvələr “ağ qızıl”ın tez və itkisiz yığılmasına səfərbər edilib. Pambıq yığımına 49 ədəd kombayn, 153 ədəd traktor, 302 ədəd qoşqu, 8 ədəd yükləyici və 45 ədəd çiləyici cəlb olunub.

İndiyədək tarlalardan 35 min 920,72 ton “ağ qızıl” toplanaraq yığım məntəqələrinə təhvil verilib.

Xatırladaq ki, ötən il Ağcabədidə 11 min hektar əkin sahəsində 33 min 517,2 ton pambıq yığılıb.

Pambıqçılar cari təsərrüfat ilini də uğurla başa vurmağı və 11 min 838,6 hektar sahədə 38 min tondan çox pambıq istehsal etməyi qarşıya məqsəd qoyublar. Hazırda pambıq yığımı uğurla davam edir.

Onu da qeyd edək ki, Ağcabədi bu il ən çox pambıq əkilən 4 rayondan biridir.


BİA.az
скачать dle 12.1