Bia.Az

Dollar dayanacağı

İqtisadiyyat
 5-11-2022, 22:25     282

Mərkəzi Bank noyabrın 5-də ABŞ dollarının məzənnəsini 1,7 manat həddində saxlayıb. Novator.az bildirir ki, noyabrın 10-dək qüvvədə olacaq bu qiymətlə sabitliyin 4 il 8 ayı tamamlanır.

2015-2017-ci illərdə rəsmi kursu 0,7844 manatdan 1,7001 manata yüksələn dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
Manat valyuta hərraclarında qorunur. Dövlət Neft Fondu Mərkəzi Bankın 2022-ci ilin yanvar-oktyabr aylarında keçirdiyi hərraclarda 4 milyard 179,2 milyon ABŞ dolları məbləğində vəsait satıb. Yanvarda fonddan 727 milyon, fevralda 371,2 milyon, martda 526,2 milyon, apreldə 548,7 milyon, mayda 288 milyon, iyunda 278,1 milyon, iyulda 212,3 milyon, avqustda 440,5 milyon, sentyabrda 465,3 milyon, oktyabrda 321,9 milyon dollar alınıb.

2016-cı ildə analoji xərc 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard dollar göstərilib.скачать dle 12.1