Bia.Az

TÜRKİYƏNİN 60 İLLİK XƏYALI GERÇƏKLƏŞDİ... - Yerli avtomobilin istehsalına başlanıldı + VİDEOLAR

İqtisadiyyat
 30-10-2022, 11:37     264

Türkiyənin 60 illik arzusu, nəhayət, reallaşdı. Qardaş ölkə tarixində ilk dəfə yerli avtomobilin istehsalına başlayır. İlk təməli 18 iyul 2020-ci ildə qoyulan "Gemlik TOGG Fabriki" bu gün elektrikli avtomobilin seriyalı istehsala başlamaq üçün tam hazır vəziyyətə gətirilib. 

"AzPolitika.info" xəbər verir ki, Türkiyənin yerli avtomobili TOGG-nun istehsal müəssisəsi bu gün prezident Rəcəb Tayyib Ərdoğanın da qatıldığı mərasimlə açılıb. Fabrikdə ilk 8 il ərzində 1 milyon avtomobil istehsal etmək hədəflənir. Bursanın Gemlik şəhərində qurulan və ən müasir texnologiya ilə təhciz olunan TOGG fabrikində 250 avtomatlaşdırmış robotla  yanaşı, təxminən 5 min insan çalışacaq. Bu rəqəm subpodratçılarla birlikdə 30 min nəfərə çatacaq.

Türkiyənin ilk yerli avtomibillə bağlı daha geniş məlumatlar videosüjetlərdə:








скачать dle 12.1