Bia.Az

Gürcüstanda koronavirusa yoluxanların sayı 170 nəfərə çatdı

İdman
 5-04-2020, 17:00     337

Gürcüstanda koronavirusa yoluxanların sayı 170 nəfərə çatdıGürcüstanda daha səkkiz nəfərin koronavirusa yoluxması təsdiqlənib.

“bia.az”in yerli bürosu xəbər verir ki, bu barədə hökumətin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 170-ə çatıb, onların 36-sı sağalıb, 1-i isə ölüb.

Hazırda karantində 5 067, stasionar nəzarətdə isə 330 nəfər saxlanılır.

Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.

Dünyada 1 200 319 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 64 667 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 246 174 nəfərə çatıb.скачать dle 12.1