Bia.Az

“Qarabağ”: sonrakı yol, mümkün rəqiblər

İdman
 14-10-2022, 13:52     245

UEFA Avropa Liqasının G qrupunda yarışan “Qarabağ” komandası dörd oyuna 7 xal toplayıb və azı üçüncü yeri təmin edib. Novator.az bildirir ki, reqlamentə görə, qrup birincisi 1/8 finala çıxır, ikinci yeri tutan həmin mərhələyə vəsiqə üçün Çempionlar Liqasından ələnən komanda ilə oynayır, üçüncü yeri tutan Konfrans Liqasına köçərək həmin turnirin 1/8 finalına bilet uğrunda yarışır.

İkinci yerdə qalacağı halda “Qarabağ” “Ayaks”, “Portu”, “Atletiko”, “Marsel”, “Barselona”, “Marsel”, “Sportinq” (Lissabon), “Milan”, “Sevilya”, “Yuventus” kimi komandalara rəqib ola bilər.
Sona iki tur qalmış G qrupunda Almaniyanın “Frayburq” komandası 12 xalla liderdir, onun azı ikinci yeri tutacağı dəqiqləşib.
3 xalı olan Fransanın “Nant” komandası ən yaxşı halda ikinci, 1 xalı olan Yunanıstanın “Olimpiakos” komandası uzağı üçüncü yeri tuta bilər.
Qalan oyunların təqvimi belədir:
27 oktyabr
“Frayburq” – “Olimpiakos”
“Nant” – “Qarabağ”
3 noyabr
“Olimpiakos” – “Nant”
“Qarabağ” – “Frayburq”.
Əsası 1951-ci ildə Ağdam şəhərində qoyulan “Qarabağ” 1 dəfə Azərbaycan SSR-nin, 9 dəfə müstəqil Azərbaycanın çempionu olub, 7 dəfə Azərbaycan kubokunu qazanıb. Komanda 2014-2015, 2015-2016, 2016-2017, 2018-2019, 2019-2020, 2020-2021 mövsümlərində Avropa Liqasının qrup mərhələsində, 2017-2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində oynayıb, 2021-2022-ci il mövsümündə Konfrans Liqasının qrup mərhələsində yer alaraq növbəti raunda vəsiqə əldə edib.
2022-2023 mövsümünə Çempionlar Liqasında başlayan “Qarabağ” Polşanın “Lex”, İsveçrənin “Sürix”, Macarıstanın “Ferensvaroş” komandalarını ələyib, Çexiyanın “Viktoriya” komandasına yenilərək Avropa Liqasına adlayıb.скачать dle 12.1