Bia.Az

COVID-19. Yaşlılar və cavanlarda simptomlar müxtəlifdir

İdman
 4-04-2020, 09:00     360

COVID-19. Yaşlılar və cavanlarda simptomlar müxtəlifdirKoronavirus hələ tam öyrənilməyib və bu səbəbdən koronavirusla bağlı hər dəfə yeni və yeni faktlar üzə çıxır.

Yüksək qızdırma, quru öskürək, nəfəsalmanın çətinləşməsi koronavirusun əsas simptomları sayılır.

Lakin bəzi hallarda koronavirus infeksiyası tam başqa simptomlarla özünü büruzə verir. Mütəxəssislər qeyd edir ki, bir çox cavan xəstələrdə koronavirusun erkən simptomları qarında ağrılar, ishal və qusma idi. Bu pnevmoniyanın ağciyərin aşağı paylarında inkişafı ilə bağlıdır. Onların iltihabı diafraqmanın qıcıqlanması və qarın ağrılarına səbəb ola bilir.

Daha sonra cavan xəstələrdə koronavirusun “klasik” simptomları əmələ gəlirdi.

İxatv.az Express-ə istinadla xəbər verir ki, əksinə yaşlı insanlarda koronavirusun ilk simptomları kimi respirator simptomlar (qızdırma, öskürək, nəfəsalma problemləri) meydana çıxır.скачать dle 12.1