Bia.Az

Futbol tarixində görülməmiş addım

İdman
 8-10-2022, 00:22     247

ngiltərə futbol azarkeşləri “Mançester Siti”nin möcüzələr yaradan futbolçusi Erlinq Haalandın Premyer Liqadan qovulması üçün petisiya yaradıblar. Kampaniyaya qısa müddət ərzində aralarında komanda yoldaşı Laportun da olduğu 2 milyon insanın qatıldığı bildirilir.


Sfera.az xəbər verir ki, mövsümün əvvəlində Dortmund "Borussiya"dan "Mançester Siti"yə transfer olunan Erlinq Haalandın həm Premyer Liqada, həm də Çempionlar Liqasında demək olar ki, rəqibi yox idi. İngilis futbol azarkeşləri norveçli hücumçunun liqadan kənarlaşdırılmasını tələb edir. Kampaniya Böyük Britaniyanın rəqəmsal platforması vasitəs ilə həyata keçirilir.

Petisiyaya Haalandın “Mançester Siti”də komanda yoldaşı Aymerik Laport da qoşulub.


Futbolçunun kənarlaşdırılma səbəbinin “robot olması” qeyd olunur.скачать dle 12.1