Bia.Az

"Fikrimizcə, biz udmalı idik..." - Çerçesovdan anormal açqlama

İdman
 10-08-2022, 01:58     73

"Əslində oyuna pis başladıq, pis də qurtardıq. Fikrimizcə, biz udmalı idik. Amma praktikada bunu bacarmadıq".

"Report"un məlumatına görə, bunu "Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesov Macarıstanda "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis bildirib ki, səhvləri sırf müdafiəçilərin üstünə atmaq düzgün deyil: "Biz komanda şəklində uduzduq. Xüsusilə çox top itkilərinə yol verdiyimiz üçün məğlub olduq".

59 yaşlı baş məşqçinin sözlərinə görə, özündən razı olmaq pis deyil: "Hətta deyərdim ki, belə oyunlıar üçün yaxşıdır. Baş məşqçiyəm, bütün məsuliyyət mənə aiddir. Daha sonra sakit başla səhvləri harada buraxdığımızı analiz edəcəyik".


O, "Qarabağ"ın çox güclü komanda olduğunu vurğulayıb: "Hücumda əla oynadılar. Məğlubiyyəti daha çox bununla əlaqələndirərdim. Rəqib qələbəyə layiq idi. Biz də yaxşı komandayıq. Sadəcə, alınmadı. Hamınız bizi sorğu-sual edirsiniz. Bu, sizin işinizdir. Bizim işimiz isə səhvlərdən nəticə çıxarmaqdır".скачать dle 12.1