Bia.Az

Koronavirusun yeni simptomu aşkar olunub. Səhərlər üzə çıxır

İdman
 27-03-2020, 17:30     351

Koronavirusun yeni simptomu aşkar olunub. Səhərlər üzə çıxırİnsanlar bu ştamm koronavirusla ilk dəfə qarşılaşdığına görə vaxt keçdikcə bu virus haqda yeni və yeni faktar üzə çıxır.

Mütəxəssislər qeyd edir ki, koronavirus qripdən daha təhlükəlidir və həmçinin daha hiyləgardır. Bəzi insanlarda koronavirus özünü “klasik” simptomlarla büruzə verir – yüksək qızdırma, quru öskürək, sinədə sıxılma, təngnəfəslik. Lakin bəzən xəstədə tamam başqa simptomlar olur – iy və dadbilmənin pozulması, bədəndə ağrılar, dodaqların göyərməsi, gözlərin qızarması və qaşınması, ishal və s.

Bəzi xəstələrdə koronavirus fonunda qızdırma heç qalxmırdı, lakin müayinə zamanı ağciyərdə iltihab aşkar olunurdu.

Bu səbəbdən pandemiya zamanı hər birimiz koronavirusun həm “klasik”, həm də nadir simptomlarını bilməli və şübhə yarandlqda vaxt itirmədən tibbi yardım üçün müraciət etməlidir. Bu koronavirusun ağır fəsadlarının qarşısını almağa kömək edəcək.

Böyük Britaniya mütəxəssisləri koronavirusun növbəti simptomunu aşkar ediblər. Axin.az Express-ə istinadla bildirir ki, insan səhər oyandıqdan sonra səbəbsiz yuxululuq və güclü yorğunluq hiss edirsə, yataqdan qalxa bilmirsə, bu insanın koronavirusa yoluxmasına işarə edə bilər.

Amerika Tibbi Assosiasiyasının mütəxəssisləri bildirirlər ki, koronavirusla xəstəxanaya daxil olan pasiyentlərin 44%-i hədsiz yorğunluq və taqətsizlikdən şikayət edirdilər.

Mütəxəssilər bunu orqanizmin virusa yoluxmasına olan təbii qoruyucu reaksiyası ilə izah edirlər. Orqanizmə virusla mübarizə etmək üçün çoxlu enerji lazımdır. Enerjini qənaət etmək üçün orqanizm xüsusi maddələri ifraz edir ki, bu maddələr beyini sanki “söndürür”.

Koronavirusdan sağalanların əksəriyyəti bidirirlər ki, onlar xəstəlik zamanı demək olar sutkalarla yatırdılar.

Yatanda, hərəkətsiz olanda insan az enerji sərf edir və orqanizm əlavə enerjini virusla mübarizəyə yönləndirir. Bu insanın həyatda qalmaq şansını artırır.скачать dle 12.1