Bia.Az

Daha üç ölkədə koronavirus aşkarlandı

İdman
 24-02-2020, 13:00     132

Daha üç ölkədə koronavirus aşkarlandı


Bəhreyn, Küveyt və Əfqanıstanda koronavirusa yoluxma halları qeydə alınıb.

bia.az “Arab News”a istinadən xəbər verir ki, Bəhreyndə koronavirus diaqnozu İrandan gəlmiş vətəndaşa qoyulub.

Küveytdə isə 3 nəfərin koronavirusa yoluxması faktı aşkarlanıb. Onlardan biri İrandan gəlmiş Səudiyyə Ərəbistanı vətəndaşıdır.

Məlumata görə, xəstə müalicə alanadək Küveytdə qalacaq.

Eyni zamanda Əfqanıstanda da ilk koronavirus hadisəsinin qeydə alındığına dair məlumat yayılıb.скачать dle 12.1