Bia.Az

KOBİA da Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

İdman
 25-03-2020, 16:30     421

KOBİA da Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edibKiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbər heyəti bir aylıq əməkhaqlarını koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Bu barədə “bia.az”a KOBİA-dan məlumat verilib.

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər də könüllü ödəmələr edə bilər. Prezident İlham Əliyevin bu təşəbbüsünə qoşulmaq üçün Agentliyə sahibkarlar tərəfindən xeyli sayda müraciətlər daxil olub. KOBİA-nın əməkdaşları sahibkarları Koronavirusla Mübarizəyə Dəstək Fondunun bank rekvizitləri barədə məlumatlandırıb.скачать dle 12.1