Virus infeksiyalarının ilk simptomlarında. TƏBİİ VASİTƏ
Xalq təbabətində virus infksiyalarını (qrip və s.) və soyuqdəyməni müalicə etmək üçün bir çox reseptlər mövcuddur.
bia.az sizə tanınmış rusiyalı fitoterapevt, həyatını xalq təbabətinin öyrənilməsinə həsr etmiş P.Kurenkovun kitabından bir faydalı resept təqdim edir.
Hərəsindən 1 x.q. üyüdülmüş zəncəfil və sarıkök 100 qr balla yaxşı qarışdırılır. Soyuqdəymə və ya virus infeksiyalarının ilk simptomlarında bu qarışıqdan 1 ç.q. götürüb 1 stəkan ilıq suda həll edin və için. Bunu gün ərzində 3-4 dəfə edə bilərsiniz.
Sarıkök, zəncəfil və bal güclü virus, mikrob və iltihab əleyhinə təsirə malikdir, immun sistemini stimullaşdırır. Bu qarışıq sağalmanı tezləşdirir, ağırlaşmaların riskini azaldır.