Bia.Az

"Qarabağ"-ın rəqibini Bakıdan aparan təyyarə qəzaya uğradı - VİDEO

İdman
 22-10-2021, 10:28     19

Qazaxıstanın "Kayrat" komandasını Bakıdan aparan təyyarə qəzaya uğrayıb.

BİA.AZ xəbər verir ki, fövqəladə hadisə Almatı beynəlxalq aeroportunda baş verib. "FlyJet" aviaşirkətinə məxsus təyyarə "Renault" avtomobili ilə toqquşub.

Hadisənin təfərrüatları öyrənilir. Faktla əlaqədar Hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi qaldırılıb, istintaq araşdırmaları aparılır.

Qeyd edək ki, oktyabrın 21-də "Kayrat" Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur matçında "Qarabağ"ın qonağı olub. Görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb. / Report
скачать dle 12.1