Bia.Az

"Qarabağ" - "Bazel" oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək

İdman
 8-09-2021, 12:45     14

UEFA Konfrans Liqasının qrup mərhələsinin I turundakı "Qarabağ" - "Bazel" (İsveçrə) oyununun stadionu dəyişdirilib.

Report xəbər verir ki, matç daha əvvəl nəzərdə tutulduğu kimi Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməyəcək.

Qarşılaşma Bakı Olimpiya Stadionunda oynanılacaq. Buna səbəb Respublika stadionunun ot örtüyünün istənilən səviyyədə olmamasıdır.

Qeyd edək ki, sentyabrın 16-da gerçəkləşəcək "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.скачать dle 12.1