Bia.Az

Messi tarixi biabırçılıqdan sonra od püskürdü: "Bura sirkdir..."

İdman
 6-09-2021, 12:07     16

"Bu, böyük bir biabırçılıqdır".
Xəbər verdiyimiz kimi, DÇ-2022-nin Cənubi Amerika qrup seçmələri matçında Braziliya-Argentina qarşılaşmasında qalmaqallı hadisə olub.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, oyun zamanı Braziliya Səhiyyə Nazirliyinin rəsmiləri stadiona daxil olaraq futbolçuları deportasiya etmək istəyib.

Rəsmilər oyundan əvvəl argentinalı futbolçular Emiliano Martinez, Lo Celso, Romero və Buendianın səhiyyə protokoluna əməl etmədiklərini bildiriblər.

Braziliyalı rəsmilərin oyunun ortasında 4 futbolçunu deportasiya etmək istəməsi mübahisəyə səbəb olub.

Lionel Messi baş verənlərdən sonra hadisəni sirkə bənzədib:

“3 gün əvvəl gəldiyimiz zaman bizi göndərə bilərdilər. Futbolun başlamasını niyə gözləyirdilər? Bu, böyük bir biabırçılıqdır, bura sirkdir. Dünya bizi izləyir və baş verənlərə baxın. Niyə oyundan əvvəl hotelə gəlib bizimlə danışmadılar? Bu şərtlərlə oynamaq çox çətindir”, - deyə o söyləyib.скачать dle 12.1