Bia.Az

Koronavirusun daha bir simptomu müəyyən edildi

İdman
 20-03-2020, 14:40     396

Koronavirusun daha bir simptomu müəyyən edildi
Həkimlər koronavirusa yoluxma zamanı müşahidə olunan daha bir simptom haqqında bəyan ediblər.

“The American Journal of Gastroenterology" və "Clinical Gastroenterology and Hepatology” jurnallarında dərc edilən araşdırmalarda söhbət həzm prosesinin pozulmasından gedir.

Araşdırma xəstəliyin yayılma mərkəzi sayılan Uhan şəhərindəki üç xəstəxanada aparılıb.

18 fevraldan 8 martadək 204 xəstədə aparılan müşahidələr bunu deməyə imkan verir.

Koronavirusa yoluxanların yarıdan çoxu ilk növbədə həzm problemlərindən – diareya və anoreksiyadan (iştahanın kəsilməsi) şikayət edirdilər. Digər simptomlar sırasında ürəkbulanma, qusma və qarın ağrılarını qeyd etmək olar.

Araşdırmaya əsasən, respirator simptomlu insanlarla müqayisədə, həzm prosesi ilə bağlı simptomlardan şikayət edən insanlarda koronavirus daha gec müəyyən edilib.

Bundan əlavə, onlar xəstəxanada daha uzun müddət keçirib və müalicələri daha ağır keçib.скачать dle 12.1