Bia.Az

Göyərtinin sağlamlıq üçün 3 əsas faydası. Hər gün yeyin!

İdman
 20-03-2020, 10:57     392

Göyərtinin sağlamlıq üçün 3 əsas faydası. Hər gün yeyin!Göyərti sağlam qidalanmanın ayrılmaz hissəsidir. Müasir diyetoloqlar hər gün mümkün qədər çox göyərti yeməyi tövsiyə edirlr.

Görəsən, həkim və diyetoloqların göyərtiyə olan sevgisinin səbəbi nədədir?

bia.az xəbər verir ki, mütəxəssislər göyərtinin əsas 3 faydalı xüsusiyyətini qeyd edir.
1. Göyərti maqneziumla zəngindir. Bu maddə sakitləşdirir, kalsiumla birlikdə sümükləri möhkəmləndirir, əzələ spazmlarını və ağrıları azaldır.

Həmçinin maqnezium ürəyin normal fəaliyyəti və damarların sağlamlığı üçün çox vacibdir. Sübut olunub ki, qida ilə kifayət qədər maqnezium alan insanlarda ürək-damar xəstəliklərinin riski 22% daha azdır.

2. Göyərti əla prebiotikdir. Prebiotiklər bağırsaqlarda yaşayan faydalı mikrobların çoxalmasını təmin edir. Sadə dildə desək, prebiotiklər bu mikrobların qidasıdır.

Bağırsaqlarımızda 2 kq qədər mikrob yaşayır. Bu mikrobların insanın həyatında və sağlamlığında rolu o dərəcədə böyükdür ki, alimlər bağırsaqların mikrobiotanı hətta ayrı orqan kimi hesab etməyi təklif edir.

Bağırsaq mikroblorasının pozulması dəri problemlərdən tutmuş immunitetin zəifləməsi və depressiyaya qədər müxtəlif problemlərə səbəb olur.

3. Liflərlə zəngin olan göyərti bağırsaqları yaxşı təmizləyir, qəbizliyin qarşısını alır.

Nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı təzə göyərti yemək olmaz.скачать dle 12.1