Bia.Az

Həbib Nurməhəmmədov peşəkar futbola başladı

İdman
 16-08-2021, 09:29     19

UFC çempionu Həbib Nurməhəmmədov uşaqlıq arzusunu reallaşdırıb.
 Fanat.az xəbər verir ki, dağıstanlı döyüşçü peşəkar futbola başlayıb. Belə ki, Həbib Rusiyanın 3-cü liqasında çıxış edən "Legion Dinamo" (Mahaçqala) klubu ilə müqavilə bağlayıb. Onun komanda ilə məşqlərə başlayacağı bildirilir.
Qeyd edək ki, Nurməhəmmədov daha öncə verdiyi açıqlamada peşəkar şəkildə futbolla məşğul olmaq istədiyini bildirmişdi: "Peşəkar futbolçu olmaq mənim uşaqlıq arzumdur. Futbol bütün idman növlərinin kralıdır. Futbolçu olmaq üçün kimlərə danışmamışam ki? Bunu necə edə biləcəyimlə bağlı Kriştianu Ronaldu, PSJ prezidenti Nasir Əl Xəlifə, UEFA prezidenti Aleksander Ceferinlə danışmışam. Moskva "Spartak"ında məşqlərə çıxmışam. "Spartak" yaxşı komandadır, amma mənim arzum "Real Madrid"dir. Baxdığım ilk matç "Real Madrid"in oyunu olub. 1998-ci ildə Çempionlar Liqasının finalında Miyatoviçin vurduğu qolu hələ də unutmamışam".скачать dle 12.1