Bia.Az

Almeyda yenidən "Qarabağ"da - Rəsmi

İdman
 4-08-2021, 10:36     261

Ağdamın "Qarabağ" klubu Azərbaycan millisinin futbolçusu Riçard Almeyda ilə birillik müqavilə imzalayıb.
Klubun mətbuat xidməti xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi 7 nömrəli formada çıxış edəcək.
Bu, təcrübəli oyunçunun Ağdam təmsilçisinə 3-cü qayıdışıdır. O, daha əvvəl 2012-2018-ci illərdə, həmçinin 2019-cu ildə Ağdam təmsilçisinin şərəfini qoruyub.
Qeyd edək ki, Riçard Almeydanın son klubu "Zirə" olub.скачать dle 12.1