Bia.Az

Püşk Azərbaycan klublarına kimləri qismət etdi?

İdman
 17-06-2021, 11:03     37

2021-2022-ci illər mövsümündə ilk dəfə keçiriləcək UEFA Konfrans Liqasında Azərbaycanı “Keşlə”, “Qarabağ” və “Sumqayıt” komandaları təmsil edir. Onlar turnirə ikinci mərhələdən (22-29 iyul) başlayır. Novator.az-ın məlumatına görə, iyunun 16-da atılan püşk “Keşlə”yə Rusiyadan “Soçi”ni, “Qarabağ”a İsraildən “Aşdod”u, “Sumqayıt”a Serbiyadan “Çukariçki”ni qismət edib.

Belçikadan “Anderlext”, Avstriyadan LASK, Yunanıstandan PAOK, Portuqaliyadan “Paşuş de Ferreyra”, Niderlanddan “Vitess”, Rusiyadan “Rubin”, Ukraynadan “Kolos” (Kovalyovka), Türkiyədən “Trabzonspor”, İsveçrədən “Lüsern” üçüncü mərhələdən (5-12 avqust) start götürür.
Dördüncü mərhələyə (19-26 avqust) İtaliyadan “Roma”, İngiltərədən “Tottenhem”, Fransadan “Renn”, Almaniyadan “Union Berlin” buraxılıb
UEFA Çempionlar Liqasında 2021-2022-ci illər mövsümündə Azərbaycanı təmsil edən Bakının “Neftçi” komandasına 6-14 iyulda keçiriləcək birinci raundda Gürcüstandan “Dinamo” (Tbilisi) rəqib olub. Bu mərhələni keçəcəyi halda bakılılar ikinci raundda (20-28 iyul) Yunanıstandan “Olimpiakos”la üz-üzə gələcək.
Üçüncü mərhələdə (3-10 avqust) “Neftçi”nin Çexiyadan “Slaviya”, Şotlandiyadan “Reyncers”, dördüncü mərhələdə (17-25 avqust) Avstriyadan “Zalsburq”la görüşməsi mümkündür.
İspaniyadan “Atletiko”, “Real”, “Barselona”, “Sevilya”, “Vilyarreal”, İngiltərədən “Mançester Siti”, “Mançester Yunayted”, “Liverpul”, “Çelsi”, Almaniyadan “Bavariya”, “Leypsiq”, “Borussiya” (Dortmund), “Volfsburq”, İtaliyadan “İnter”, “Milan”, “Atalanta”, “Yuventus”, Fransadan “Lill”, PSJ, Portuqaliyadan “Sportinq”, “Portu”, Rusiyadan “Zenit”, Belçikadan “Brügge”, Ukraynadan “Dinamo”, Niderlanddan “Ayaks”, Türkiyədən “Beşiktaş” qrup raundunda (14 sentyabr-8 dekabr) yer alırlar.скачать dle 12.1