Bia.Az

Ağciyər Xəstəlikləri İnstitutunda ölənlərin koronavirusla əlaqəsi var? - AÇIQLAMA

İdman
 12-03-2020, 12:47     407

Ağciyər Xəstəlikləri İnstitutunda ölənlərin koronavirusla əlaqəsi var? - AÇIQLAMAElmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) martın 11-də ölən xəstələrin koronavirusla heç bir əlaqəsi yoxdur.

Bu barədə bia.az -a TƏBİB-dən bildirilib.

Qeyd edək ki, martın 11-də ETACXİ-də daha 2 xəstə dünyasını dəyişib.

Xəstələrdən biri - 34 yaşlı xanım martın 10-u saat 13:30-da ağır vəziyyətdə ETACXİ-yə daxil olub. Xəstə “hər iki ağciyərin pnevmoniyası” diaqnozu ilə I Reanimasiya şöbəsinə yerləşdirilib. Ona vəziyyətinə uyğun olaraq müalicə təyin edilib.

Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, həmin gün saat 20:30-da “kəskin ağciyər-ürək çatmamazlığı, iki tərəfli ağır gedişli pnevmoniya” diaqnozu ilə xəstənin bioloji ölümü gerçəkləşib.

Digər xəstənin 21 yaşı olub. O, ETACXİ-yə martın 6-da saat 15:20-də Kürdəmir rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında ağır vəziyyətdə daxil olub. Xəstə “ağciyər vərəmi, şəkərli diabet I tip” diaqnozu ilə II Ağciyər vərəmi şöbəsinə yerləşdirilib. Vəziyyəti pisləşdiyindən xəstə martın 10-u saat 04.00-da II Reanimasiya şöbəsinə köçürülüb.

Xatırladaq ki, sonuncu dəfə fevralın 11-də iki xəstə dünyasını dəyişmişdi.

Son bir neçə ayda isə Ağciyər Xəstəlikləri İnstitutunda 13 xəstə ölüb.скачать dle 12.1