Azərbacan güləşçisi Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatının altıncı günündə sərbəst güləş üzrə ilk medalçılar müəyyənləşib.
Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçiləri günü 2 medalla başa vurub.
Vasif Bağırov (57 kq) finalda gürcüstanlı Nika Zanqaladzeylə gərgin mübarizə şəraitində keçən görüşdə əzmkar qələbə qazanıb. İlk hissəni 5:6 hesabıyla geridə başa vuran Gəncə güləş məktəbinin yetirməsi fasilədən sonra üstünlüyünü təmin edib – 9:6. Beləliklə, ötən il U-20 Avropa çempionatında gümüş medal qazanan Vasif bu dəfə çempion olub.
Muradxan Omarov (79 kq) həlledici görüşdə Gürcüstan təmsilçisi ilə qarşılaşıb. Ancaq debütant komanda yoldaşından fərqli olaraq, qələbə qazana bilməyib. Şamaxı güləş məktəbinin yetirməsi Davit Çetçelaşvili ilə bacarmayıb – 0:10. Belədə Omarov gümüş medalı boynundan asıb.
Rəvan Musayev (97 kq) təsəlliverici görüşdə macarıstanlı Peter Şivnovskiyə 7:0 hesabıyla qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada rusiyalı Maqomedqadji Maqomedova məğlub olub – 0:6.