Dünya çempionatı: “Yuventus” darmadağın oldu

ABŞ-də təşkil olunan klublararası dünya çempionatında qrup mərhələsinin daha 2 görüşü keçirilib.
Teleqraf xəbər verir ki, G qrupunda “Mançester Siti” İtaliyanın “Yuventus” klubunu 5:2 hesabı ilə darmadağın edib.
Qrupda keçirilən digər oyunda Birləşmiş Ərəb Əmirliklərinin "Əl Ayn" klubu Mərakeş "Vidad"ını 2:1 hesabı ilə üstələyib.
Qrupda ilk 2 yeri tutan “Mançester Siti” (9 xal) və “Yuventus” (6) növbəti mərhələyə vəsiqə qazanıb. “Əl Ayn” (3) və “Vidad”ın (0) mübarizəni dayandıracağı ötən turdan bəlli idi.