Bia.Az

Dünya çempionatı: Yarımçıq oyun bərpa olundu, hesab dəyişmədi - YENİLƏNDİ

İdman
 20-06-2025, 00:39     337

FIFA Klublararası Dünya Çempionatının II turunun “Palmeyras” (Braziliya) - “Əl-Əhli” (Misir) matçı 40 dəqiqəlik fasilədən sonra bərpa olunub.
Teleqraf xəbər verir ki, qalan bölümdə qapılara qol vurulmayıb.
2:0 hesablı qələbə qazanan "Palmeyras" xalını 4-ə çatdıraraq, A qrupunda vahid liderliyi ələ alıb. "Əl-Əhli"nin isə 1 xalı var.
Qeyd edək ki, "Portu" (Portuqaliya) və "İnter Mayami" (ABŞ) komandaları arasındakı qrupun digər oyunu saat 23:00-da başlanıb. Hazırda bu komandaların da hərəyə 1 xalı var.
*** 21:58
FIFA Klublararası Dünya Çempionatının II turunun “Palmeyras” (Braziliya) - “Əl-Əhli” (Misir) görüşü dayandırılıb.
Teleqraf xəbər verir ki, baş hakim Entoni Teylor Nyu-Cersidə yerləşən “Midoulends” stadionunda təşkil olunan matçda futbolçuları qeyri-sabit hava şəraitinə görə 63-cü dəqiqədə paltardəyişmə otağına göndərib.
Hazırda hesab 2:0 “Palmeyras”ın xeyrinədir.
Qeyd edək ki, A qrupunda yer alan komandaların aktivində bir xal var.скачать dle 12.1