Bia.Az

Ronaldu oğlunu millidəki debütünə görə təbrik etdi

İdman
 14-05-2025, 00:11     478

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunda çıxış edən ulduz futbolçu Kriştianu Ronaldu eyniadlı oğlunun Portuqaliya gənclər yığmasındakı debütünə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə hücumçu "X" hesabında yazıb.

"Portuqaliya yığmasında debütün üçün təbrik edirəm, oğlum. Səninlə fəxr edirəm!", - Ronaldu qeyd edib.

Xatırladaq ki, kiçik Kriştianu Ronaldunun çıxış etdiyi milli komanda Xorvatiyada keçirilən beynəlxalq turnirdə Yaponiya gənclər yığmasını 4:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, klub səviyyəsində kiçik Ronaldu "Ən-Nəsr"in gənclər komandasının şərəfini qoruyur.скачать dle 12.1