Tarixi anlar: “Traktor” çempion oldu! – VİDEO

Güney Azərbaycanın “Traktor” futbol klubu tarixində ilk dəfə İran liqasının çempionu olub.
***
“Traktor” rəqibini 0-4 hesabı ilə darmadağın edərək qələbə qazanıb.
Turun digər matçında “Sepahan” 1-2 məğlub olur. Matç bu hesabla və ya bərabərliklə bitsə, “Traktor” çempionluğunu elan edəcək.
***21:07
Təbrizin “Traktor” futbol klubu İran liqasında çempionluq matçına çıxıb.
Globalinfo.az xəbər verir ki, hazırda davam edən matçda “Traktor” səfərdə “Şəms Azər”i 0-4 məğlub edir.
Təbriz klubunun ən yaxın izləyicisi “Sepahan” isə öz yerində 1-2 məğlub olur.
Qeyd edək ki, “Traktor” hazırda “Sepahan”dan 8 xal irəlidədir. Sona isə 2 tur qalıb.