Bia.Az

Səfər qələbəsi “Traktor”u çempionluğa yaxınlaşdırdı

İdman
 26-04-2025, 01:12     681

Təbrizin “Traktor” klubu İran çempionatının XXII turundan təxirə salınmış oyunda səfərdə “Fulad” üzərində 2:1 hesablı qələbə qazanıb.

Teleqraf xəbər verir ki, Əhvaz şəhərində keçirilən oyunda ilk qolu 46-cı dəqiqədə "Traktor"un xorvatiyalı hücumçusu Domaqoy Drozdek vurub.
Qarşılaşma nəzərdə tutulandan xeyli çox davam edib. Oyunun 90+20-ci (!) dəqiqəsində meydan sahibləri bərabərlik qolunu vurub. 90+23-cü dəqiqədə isə Mehdi Hashemnejad “Traktor”u qələbəyə daşıyıb.

Vacib səfər qələbəsi Cənubi Azərbaycan klubunu çempionluğa bir qədər də yaxınlaşdırıb. Liderliyini möhkəmləndirən “Traktor” sona 3 tur qalmış 61 xalla ən yaxın rəqibi “Sepahan”ı 5 xal geridə qoyub.

Qeyd edək ki, “Traktor” tarixində heç vaxt İran çempionu ola bilməyib.скачать dle 12.1