Azərbaycan yığması Xorvatiya ilə heç-heçə etdi

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Avropa çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirib.
Teleqraf xəbər verir ki, yığma komanda Xorvatiya ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada heç-heçə qeydə alınıb – 3:3.
Yada salaq ki, Azərbaycan yığması qrupda keçirdiyi ilk görüşdə Bosniya və Herseqovinaya biabırçı hesabla (2:10) uduzub.