Bia.Az

Bahar Nəbiyevadan Vətənə dəstək – “Azərbaycanın mənim köməyimə ehtiyacı var”- VİDEO

İdman / Video
 23-10-2020, 10:14     100

Əslən Azərbaycandan olan dünyaca məşhur fitnes-model Bahar Nəbiyeva vətəninə dəstəyini bildirib.
“Ölkə.Az” xəbər “İnstagram”da 3 milyon izləyicisi olan Nəbiyeva ermənilərin Azərbaycan torpaqlarını işğal etdikləri barədə videoçarx paylaşıb.

Videoda müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar ingilis dilində bütün dünyaya səslənir. Qarabağ həqiqətlərini əks etdirən video qısa müddət ərzində on minlərlə insan tərəfindən bəyənilib.

İdmançı videosunu belə şərh edib:

“Bu il bütün dünyada sözün əsl mənasında çılğın hadisələr baş verib və ona görə də hər zaman dəstəyimi ifadə etdiyim ana vətənim Azərbaycanın mənim köməyimə ehtiyacı var”.

скачать dle 12.1