Bia.Az

Kadi debüt oyununda qol vurdu, “Qarabağ” qalib gəldi

İdman
 12-02-2025, 00:44     1 505

Azərbaycan Premyer Liqasında XXII turun son günündə “Qarabağ” və “Səbail” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada Ağdam təmsilçisi “dənizçilər”i məğlub edib - 5:0.
Bütün qollar qarşılaşmanın sonluğunda vurulub. Yassin Benzia 76-cı dəqiqədə penaltidən fərqlənib. 80 və 85-ci dəqiqələrdə portuqaliyalı yarımmüdafiəçi Leandro Andrade "dubl" edib. Debüt oyununa çıxan Kadi Borges 88-ci dəqiqədə fərqi 4-ə çatdıb.

Matçın 90+4-cü dəqiqəsində Nəriman Axundzadə fərqlənib.

Qeyd edək ki, ilk oyun günündə "Şamaxı" "Sumqayıt"a 1:0, "Sabah" Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəlib. Dünən baş tutan görüşlərdə isə "Araz-Naxçıvan" "Kəpəz”lə heç-heçə edib - 0:0. “Zirə” isə evdə “Neftçi”yə məğlub olub - 1:2.скачать dle 12.1