Bia.Az

Millimizin baş məşqçisi: "Azərbaycan Qarabağ uğrunda müharibə aparır"

İdman
 14-10-2020, 11:00     441

"Bura başqa dünyadır. Mən yalnız yerli çempionatda çıxış edən futbolçuların xidmətindən yararlanıram. Albaniyadakı kimi sərəncamımda başqa ölkələrdə oynayan və fərqli təcrübəsi olan oyunçular yoxdur. Bu, komandanın səviyyəsi üçün vacib amildir".
"Ölkə.Az"ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Albaniyanın "Top Channel" kanalına müsahibəsində yığmadakı işi barədə danışarkən deyib.
64 yaşlı mütəxəssis UEFA Millətlər Liqasının qrup mərhələsinda IV turun Kiprlə oyunu (0:0) üçün Albaniyanın seçilməsinin səbəbini belə izah edib: "Azərbaycan Qarabağ uğrunda müharibə aparır. Şərtləri görən UEFA Kiprlə matçın orada keçirilməməsinə qərar verdi. Seçim olaraq, Albaniya variantının üzərində dayandıq. Buranın mənə yaxın ölkə olması, bizə kömək edə biləcək dostlarımızın çoxluğu seçimimizdə həlledici rol oynadı".
2016-cı ildə İtaliya millisindən təklif aldığını xatırladan De Byazi doğma ölkəsinin yığmasında işləyə bilmədiyi üçün peşam olduğunu vurğulayıb: "Həmin vaxt Arman Duka məni buraxmadı. Çünki Avropa çempionatının finalına vəsiqə qazanmışdıq. Düşündü ki, birdən bu təklif məni işimdən yayındırar. Amma Albaniya seçməsi ilə vidalaşdıqdan sonra ölkəmdə işləyə bilərdim. Bu, bütün italiyalı baş məşqçilər kimi mənim də arzumdur. Alınmadı, peşmanam".
Qeyd edək ki, Canni De Byazi bu ilin avqustundan Azərbaycan millisinə başçılıq edir.скачать dle 12.1