Bia.Az

Mahir Emreli dayanmır, yenə qol vurdu

İdman
 26-10-2024, 01:27     887

Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Nürnberq" komandasında növbəti qolunu vurub.
 
Manset.az xəbər verir ki, qarşılaşma II Bundesliqanın X turuna təsadüf edib.

Doğma meydanda "Reqensburq" kollektivini qəbul edən "Nürnberq"in heyətində ikinci qolu 23-cü dəqiqədə Mahir Emreli rəqibin qapısından keçirib.

Hazırda davam edən qarşılaşmada meydan sahibləri 2:1 hesabı ilə öndədirlər.

Qeyd edək ki, 27 yaşlı hücumçu komandasının heyətində ilk qolunu ötən həftə "Qroyter Fyurt"la matçda vurmuşdu.скачать dle 12.1