Bia.Az

"Qarabağ" oyunçuları Londonda tıxaca düşdü: Matç gecikir

İdman
 26-09-2024, 22:08     886

Hazırda Londonda tıxac olduğu üçün “Qarabağ” futbolçularını daşıyan avtobus tıxaca düşüb.

Axar.az xəbər verir ki, bu barədə CBC Sport-un məlumatında deyilir.

Bildirilib ki, bu səbəbdən “Tottenhem” - “Qarabağ” matçının gec başlayacağı ehtimal olunur.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin I turu çərçivəsində “Tottenhem” (İngiltərə) – "Qarabağ"la qarşılaşacaq. Oyun "Tottenhem Hotspur" stadionunda keçiriləcək.

Əlavə edək ki, daha əvvəl matçın Bakı vaxtı ilə saat 23:00-da başlayacağı bildirilirdi.скачать dle 12.1