Bia.Az

İspaniya futbol yığması olimpiya çempionu oldu

İdman
 10-08-2024, 00:52     943

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında kişilər arasında futbol turnirinin qalibi müəyyənləşib.

Globalinfo.az xəbər verir ki, finalda İspaniya meydan sahibləri ilə qarşılaşıb.

Görüşün əsas vaxtı 3:3 hesabı ilə yekunlaşdığından əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda İspaniya yığmasının üzvü Serxio Kamelyonun dublu (100, 120+1) həlledici olub – 5:3.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.скачать dle 12.1