Bia.Az

İranlı idmançı Azərbaycan güləşçisini boynunda gəzdirdi – VİDEO

İdman
 7-08-2024, 12:51     752

Paris-2024 Yay Olimpiya Oyunlarında iranlı idmançı Amin Mirzəzadənin rəqibi Sabah Şəriətiyə etdiyi jest diqqət çəkib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriətini boynuna qaldıraraq meydanda gəzdirib.

Belə ki, görüşün ilk hissəsi rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. İkinci yarıda qaşından ciddi zədə alan S.Şəriəti tibbi müdaxiləyə ehtiyac duyub.

Yekunda rəqibinə 0:4 hesabı ilə uduzan güləşçimiz 5-ci yerlə kifayətlənib.
скачать dle 12.1