Bia.Az

Türkiyə Çexiyanı məğlub etdi, 1/8 finala yüksəldi

İdman
 27-06-2024, 01:22     619

Avro-2024-ün qrup mərhələsinin 3-cü turunda bu gün keçiriləcək Çexiya - Türkiyə oyunu üçün heyətlər müəyyənləşib.

Axar.az xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:

Çexiya: Stanek, Holes, Hranaç, Kreyçi, Çoufal, Souçek, Provod, Yurasek, Barak, Hitil, Hlozek

Ehtiyat oyunçular: Kovar, Yaros, Zima, Vitik, Şevçik, Şik, Kuçta, Doudera, Çerni, Çoru, Linqr, Çerv, Vlçek, Sulç, Yurasek

Türkiyə: Mərt Günok, Merih Demiral, Samet Akaydin, Arda Gülər, Hakan Çalhanoğlu, Salih Özcan, İsmayıl Yüksək, Mərt Müldür, Kənan Yıldız, Fərdi Kadıoğlu, Barış Alpər Yılmaz.

Ehtiyat oyunçular: Altay Bayındır, Uğurcan Çakır, Zəki Çelik, Okay Yokuşlu, Orkun Kökçü, Kərəm Aktürkoğlu, Cenk Tosun, Yusuf Yazıcı, Əhmədcan Kaplan, İrfan Can Kahveci, Kaan Ayhan, Semih Kılıçsoy, Yunus Akgün, Bertuğ Yıldırım.

***

Çexiya - Türkiyə matçı start götürdü.

***
Görüşün 20-ci dəqiqəsində Çexiya yığmasının üzvü Antonio Barak qırmızı vərəqə ilə komandasını meydanda azlıqda qoydu.

***
Türkiyə millisi 51-ci dəqiqədə Hakan Çalhanoğlunun qolu ilə hesabda önə keçdi: 0-1.

***
66-cı dəqiqədə Tomas Soujek Çexiyanın bərabərlik qolunu vurdu: 1-1.

***
Cenk Tosun 94-cü dəqiqədə Türkiyə millisinin ikinci qoluna imza atdı: 1-2.

***
Türkiyə millisi Çexiyanı 2-1 məğlub edərək qrupda 6 xal topladı, qrup ikincisi kimi 1/8 finala vəsiqə əldə etdi.скачать dle 12.1