Bia.Az

Gürcüstanda futbol niyə inkişaf edib?

İdman
 19-06-2024, 22:29     718

Başlayaq buradan ki, Gürcüstanda hara getsəniz, hər məhəllədə bu cür ÖDƏNİŞSİZ-PULSUZ stadionlar var.

Uşaqlar bir top alıb gəlib burada istər voleybol, istər futbol və basketbol oynaya bilirlər. İdmana , xüsusən də futbola maraq buradan yaranır.
Futbolun inkişafı üçün uşaq futbolunu inkişaf etdirməliyik, Duzdur? Uşaq futbolu necə inkişaf edilir? Məhəllədən, məhəllə futbolundan. İlk olaraq kütləvilik olmalıdır ki, onların arasından yaxşıları seçəsən.

Məhəllə futbolu uşaq futbolunun təməlidir. Məhəllə futbolu üçün nə lazımdır? Boş ərazi. Bakıda isə boş ərazilərin hamısı zəbt edilib və məhəllələrdə demək olar ki, addım atmağa yer yoxdur.

Ya maşın əlindən, yada ki, obyekt. Əvvəl yadınızdadırsa, iki daşı addımla sayıb qapınl bəlli edib qoyurduq ora və olurdu bizim qapı.
Bir məhəllədə bir top olanda bəs edirdi. Hamı küçədə idi. İndi bəs? İşbazlar ölkədə elə edib ki, futbol oynamaq istəyən adamlar , Gürcüstanda hər məhəllədə tikilib və pulsuz istifadəyə verilən stadionları, 35-40-50-60 aznə kirayələyir. Biznes formasında yanaşır, pul kimi baxır.

Bu isə nəyə gətirib çıxarır? Bütün bunları edərək ölkə uşaqlığını, gəncliyini məhv edənlər çıxıb efirdə ölkə futbolunu necə inkişaf etdirək? deyə danışırlar.

Futbol ən kütləvi idman növüdür. Futbol inkişaf etdisə, ölkəyə milyonlar gəlir, ölkə tanınır, hörmətli olur. Gəlin baxaq. Gürcüstan onsuz da turizmdə bizdən öndədir. Avro 2024-dən sonra ölkəyə gələn turist sayı 1-ə 20 artacaq. Çünki, gördülər, bildilər.

Daha çpx məlumatlı oldular. Milli komandada olan oyunçulara dünyanın böyük klublarından təklif gələcək. Bu da PR, reklam və milyonlarla gəlir deməkdir. İnkişaf deməkdir.

Biz, isə hələ də oturub izləyək, baş qataq, lağ edək. Dünən hamı bayraqla gəzirdi. Hər yerdə monitorlar quraşdırılmışdı. Hamı da dəstək olurdu. Möhtəşəm idi sadəcə!
 

Xanlar Mehdiyevскачать dle 12.1