"Bayer" məğlub oldu, "Atalanta" çempion oldu
![](https://cdn.axar.az/2024/02/25/bayer-leverkuzen.jpg)
UEFA Avropa Liqasında 2023/2024 mövsümünün qalibi bu gün müəyyənləşir.
Axar.az xəbər verir ki, turnirin final matçında Almaniyanın "Bayer 04" və İtaliyanın "Atalanta" klubları üz-üzə gəlir.
Qeyd edək ki, UEFA Avropa Liqasının son qalibi İspaniyanın "Sevilya" klubu olub.
***
Matçın 13-cü dəqiqəsində Lukman "Atalanta"nı hesabda önə keçirdi: 1-0.
***
Lukman 26-cı dəqiqədə komandasının və özünün ikinci qoluna imza atdı: 2-0.
***
Lukman 75-ci dəqiqədə fərqi üçə çatdırdı: 3-0.
***
"Atalanta" "Bayer 04"ə 3-0 qalib gələrək UEFA Avropa Liqasının qalibi oldu.