Bia.Az

“Üzrlü səbəb yoxdursa, Rusiyaya səfər etməyin”- Qırğızıstan XİN

İdman
 25-03-2024, 18:54     276

“Rusiyaya səfər etmək üçün üzrlü səbəbləri olmayan vətəndaşlar əlavə təhlükəsizlik tədbirləri və dövlət sərhədindən girişə gücləndirilmiş nəzarət rejimi qaldırılana qədər müvəqqəti olaraq səfərdən çəkinməlidirlər”.

Musavat.com Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.

“Səfəri əvvəlcədən planlaşdırmış vətəndaşlar Rusiya Daxili İşlər Nazirliyinin saytında ölkəyə giriş məhdudiyyətlərini yoxlamalı, Rusiyada əvvəllər olduğu müddətdə iki və ya daha çox inzibati xəta törətmiş vətəndaşlar dövlət sərhədindən buraxılmamaq və bu prosedurla bağlı nəticələrdən qaçmaq üçün səyahətdən çəkinməlidirlər.

Rusiyada olan vətəndaşlar izdihamlı yerlərə getməkdən çəkinməli və həmişə özləri ilə şəxsiyyət vəqisələrini və həmin ölkədə olmalarının qanuniliyini təsdiq edən sənədləri özləri ilə aparmalıdırlar.

İctimai təhlükəsizliyin təmin edilməsi üzrə işlərin bir hissəsi olaraq Rusiyanın hüquq-mühafizə orqanlarının qanuni tələblərinə riayət edilməlidir”, - məlumatda vurğulanıb.скачать dle 12.1