Bia.Az

“Qarabağ”ın U-14 komandası Belarusda çempion oldu

İdman
 21-03-2024, 21:54     211

“Qarabağ”ın U-14 komandası Belarusun paytaxtı Minskdə keçirilən “Naşe Buduşeye” (Bizim Gələcəyimiz) beynəlxalq turnirinin çempionu olub.

Globalinfo.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, 14 yaşlılardan ibarət komandamız yarımfinalda “Pskov”a 1:0 hesabı ilə qalib gəlib. Asif Əlizadənin baş məşqçisi olduğu ağdamlılar final oyununda BATE ilə qarşılaşıb.

BATE-ni də 1 qolla məğlub edən “Qarabağ” turnirin qalibi adına yiyələnib.скачать dle 12.1