Bia.Az

"Bayer" 50 dəfə uduzmamış komanda olsa da, biz qazanacağıq - Aqil Abbas

İdman
 12-03-2024, 14:29     262

Martın 7-də UEFA Avropa Liqasının 1/8 finalının ilk oyunu çərçivəsində “Qarabağ” - “Bayer” matçı keçirilib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 2:2

Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə oynanılacaq.

Oyunla bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Aqil Abbas "Qarabağ"ın bu turu keçəcəyini söyləyib.

"Allahın köməyi ilə "Qarabağ atları" bu turu keçəcək. Azərbaycanda ən böyük məşqçi Qurban Qurbanovdur. Növbəti oyunda hansı taktikanı tətbiq edəcəyini o yaxşı bilir".

Deputat "Bayer" komandasının indiyə qədər məğlub olmamasından ümidsizliyə düşməyə ehtiyac olmadığını söyləyib:

"Bayer"ap 50 oyunda da uduzmasa, bundan ümidsizliyə düşmək lazım deyil. "Mançester Yunaytet"də 40 oyun idi ki, uduzmurdu. Amma Londonda "Fənərbağça" onun məğlub etdi. Odur ki, Allahın izni ilə biz qalib gələcəyik".
скачать dle 12.1