Bia.Az

Qurban Qurbanov: Bu gün əsl futboı ab-havası var idi

İdman
 8-03-2024, 01:13     399

"Azarkeşlərə təşəkkür edirəm. Bu gün əsl futbol ab-havası var idi. Oyunçulara da minnətdarlığımı bildirirəm".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniyanın "Bayer 04" klubu ilə 2:2 hesablı heç-heçə etdikləri Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis görüşün sonlarında futbolçularda yorğunluğun hiss edildiyini bildirib: "Qələbə də qazana bilərdik. Avropa ölkələrində rəhbərlər, futbolçular dəyişir, amma mexanizm davam edir. Bu önəmlidir. Bizim üçün asan deyil. Daha möhkəm olmaq üçün atacağımız addımlar vacibdir. Hər halda Almaniya futbolu bu gün bizdən öndədir. 10-15 ildən sonra hansısa nəticəni verə bilərik. Məncə ölkələri müqayisə etməyək, işimizi yaxşılaşdırmağa çalışaq".

Baş məşqçi məyus olmadığını vurğulayıb: "Səfərdəki matça daha ciddi hazırlaşmalıyıq. Oyunçuların daha sağlam və hazırlıqlı olması önəmlidir. Böyük uğurlar üçün nəhəng klublara da qalib gəlmək lazımdır. Hardasa bu səviyyəyə yaxınlaşa biləcəyik".скачать dle 12.1