Yaşıl meydanlarda
Avropanın aparıcı milli futbol çempionatlarında növbəti oyunlar arxada qalıb.
İngiltərə çempionatında “Liverpul” 54 xalla öndədir. “Mançester Siti” və “Arsenal” 52, “Tottenhem” 47, “Aston Villa” 46 xal toplayıb.
İspaniya çempionatına 61 xalla “Real” başçılıq edir. “Jirona” 56, “Barselona” 51, “Atletiko” 48 xal götürüb.
İtaliya çempionatında “İnter” 60 xalla liderdir. “Yuventus” 53, “Milan” 52 xal yığıb.
Almaniya çempionatında “Bayer” zirvədədir: 55 xal. Lideri 50 xalla “Bavariya”, 43 xalla “Ştutqart”, 40 xalla “Borussiya” (Dortmund) izləyir.
Fransa çempionatında PSJ 50, “Nitsa” 39, “Monako” 38, “Brest” 37 xal qazanıb.