Bia.Az

Yaşıl meydanlarda

İdman
 22-01-2024, 13:08     408

Novator.az Avropanın aparıcı milli futbol çempionatlarının gedişinə nəzər salıb.

İngiltərə çempionatında “Liverpul” 48 xalla öndədir. “Mançester Siti”, “Arsenal” və “Aston Villa” 43, “Tottenhem” 40 xal toplayıb.
İspaniya çempionatına 52 xalla “Jirona” başçılıq edir. “Real” 51, “Barselona” və “Atletik” 41, “Atletiko” 38 xal götürüb.
İtaliya çempionatında “Yuventus” 52 xalla liderdir. “İnter” 51, “Milan” 45, “Fiorentina” 34, “Latsio” və “Atalanta” 33 xal yığıb.
Almaniya çempionatında “Bayer” zirvədədir: 48 xal. Lideri 41 xalla “Bavariya”, 34 xalla “Ştutqart”, 33 xalla “Leypsiq” və “Borussiya” (Dortmund) izləyir.

Fransa çempionatında PSJ 43, “Nitsa” 35, “Brest” 34, “Monako” 33, “Lill” 31 xal əldə edib.скачать dle 12.1