Bia.Az

“Braqa”nın bombardiri “Qarabağ”la oyun ərəfəsində başqa kluba keçə bilər

İdman
 3-01-2024, 01:44     512

Portuqaliyanın “Braqa” klubunun futbolçusu Simon Banza UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la oyun ərəfəsində başqa kluba keçə bilər.

Yerli mətbuatın məlumatına görə, konqolu hücumçu Portuqaliyada başqa klubun maraq dairəsinə düşüb.

Qış fasiləsində hücum xəttindəki problemi yoluna qoymağı planlaşdıran “Benfika” 27 yaşlı forvarda elçi düşüb. Banza Lissabon təmsilçisi üçün alternativlərdən biridir. Oyunçu hazırda 14 qolla Portuqaliya çempionatında bombardirlər yarışına başçılıq edir.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında oyunlar fevralın 15-də və 22-də keçiriləcəkскачать dle 12.1