Bia.Az

Ronaldo bombardirlər siyahısına başçılıq edir

İdman
 27-12-2023, 01:38     510

Səudiyyənin “Əl-Nəsr” və Portuqaliya millisinin futbolçusu Kristiano Ronaldo 2023-cü ilin bombardiri yarışında birinci yeri tutub.

Axar.az xəbər verir ki, o, bunu Səudiyyə Ərəbistanı çempionatının 17-ci turunun "Əl-İttihad"la səfər matçında dubl sayəsində bacarıb. Görüş "Əl-Nəsr"in 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

38 yaşlı Ronaldo il ərzində vurduğu qolların sayını 53-ə çatdırıb və hərəsi 52 qol vuran fransalı PSJ-nin hücumçusu Kilian Mbappe və İngiltərənin “Bavariya” klubunun hücumçusu Harri Keyni geridə qoyub.

Bu mövsüm Ronaldo Səudiyyə Ərəbistanı çempionatında 17 oyun keçirib, 19 qol vurub və 9 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Ronaldo beşqat “Qızıl top”un sahibidir.скачать dle 12.1